Məzmuna keç

Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Bakıda sərnişinin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməkdə təqdirləndirilən Firuz Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə aparılacaq məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, yol qəzası 8 noyabr prospektində baş verib. "Kia" markalı avtomobili idarə edən 1986-cı il təvəllüdlü Hacıyev Firuz Sabir oğlu yüksək sürətlə nəqliyyat vasitəsini divara çırpıb. Avtomobil güclü zərbənin təsirindən yanmağa başlayıb. Əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Yaralı F.Hacıyev avtomobildən çıxarılaraq xəstəxanaya təhvil verilib. Nəqliyyat vasitəsində olan sərnişin Y.Hüseynov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü barədə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə