Yasamal Rayon Məhkəməsi 23 yanvar-29 yanvar 2023-cü il tarixə baxılan işlər üzrə icmalı təqdim edib.
E-huquq.az xəbər verir ki, ötən həftə ərzində məhkəmənin icraatına 9 cinayət işi daxil olub.
İnzibati xətalara dair işlər üzrə məhkəmənin icraatına 70 iş daxil olub ki, onlardan 31 iş üzrə yekun məhkəmə aktı çıxarılıb, digərləri icraatdadır.
Bundan başqa, 22 prosessual məcburiyyət tədbirinin tətbiqi və 30 əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə təqdimat məhkəməyə daxil olub. Məhkəmənin icraatına daxil olmuş prosessual məcburiyyət tədbirlərinin tətbiqi üzrə təqdimatlardan 7-si həbs qətmkan tədbirinin seçilməsi, 15-i həbsdə saxlama müddətinin uzadılması olub.
Məhkəmənin icraatına 140 mülki iş daxil olub, onlardan 57 iş sadələşdirilmiş icraat qaydasında, 9-u xüsusi icraat qaydasında, 74-ü iddia icraatı qaydasında verilib.
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində ötən həftə ərzində 10 cinayət işinə baxılıb, 7 cinayət işi üzrə ittihamedici hökm çıxarılıb, 1 cinayət işi üzrə icraata xitam verilib, 1 iş aidiyyəti üzrə göndərilib,1 iş üzrə şikayətin icraata qəbulundan imtina edilib.
Bundan başqa, 98 mülki işə mahiyyəti üzrə baxılmış və qətnamə çıxarılıb. Onlardan 11-i rədd edilib, 64-ü təmin edilib, 23-ü qismən təmin edilib. 29 iş üzrə yekun məhkəmə aktı sayılan qərardad çıxarılıb.
