Yasamal Rayon Məhkəməsi 01 yanvar – 31 yanvar 2023-cü il tarixə baxılan işlər üzrə icmalı təqdim edib.
E-huquq.az xəbər verir ki, ötən həftə ərzində məhkəmənin icraatına 42 cinayət işi daxil olub. Onlardan 39-u cinayət işi üzrə icraat materialı olub.
İnzibati xətalara dair işlər üzrə məhkəmənin icraatına 485 iş daxil olub. Onlardan 314 iş üzrə yekun məhkəmə aktı çıxarılıb, digərləri icraatdadır.
Bundan başqa, 100 prosessual məcburiyyət tədbirinin tətbiqi və 99 əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə təqdimat məhkəməyə daxil olub. Məhkəmənin icraatına daxil olmuş prosessual məcburiyyət tədbirlərinin tətbiqi üzrə təqdimatlardan 46-ı həbs qətmkan tədbirinin seçilməsi, 45-i həbsdə saxlama müddətinin uzadılması və 6-ı həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, 2-i şəxsin cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, 1-i qətimkan tədbirinin dəyişdirilməsi olub. Baxılan təqdimatların 7-i rədd edilib, 83-ü təmin edilib, 9-u qismən təmin edilib və 1-i geri qaytarılıb.
Məhkəmənin icraatına 415 mülki iş daxil olub, onlardan 144 iş sadələşdirilmiş icraat qaydasında, 22-i xüsusi icraat qaydasında, 2-i əmr icraatı qaydasında, 247-i iddia icraatı qaydasında verilib.
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində ötən həftə ərzində 41 cinayət işinə baxılaraq yekun verilib, 39 cinayət işi üzrə ittihamedici hökm çıxarılıb.
Bundan başqa, 300 mülki işə mahiyyəti üzrə baxılmış və qətnamə çıxarılıb. Onlardan 39-u rədd edilib, 78-i qismən təmin edilib, 181-i təmin edilib. 83 iş üzrə yekun məhkəmə aktı sayılan qərardad çıxarılıb.
