Məzmuna keç

“Azərişiq” məhkəməyə verildi

“Maral” kooperativi “Azərişiq” ASC barədə məhkəməyə müraciət edib.

E-huquq.az-ın məlumatına görə, “Azərişiq” barədə İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə tələb irəli sürülüb.

İddia Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə