Məzmuna keç

Şirvan Kommersiya Məhkəməsinin əməkdaşları təltif olundu –

2 fevral – Gənclər Günü münasibətilə Şirvan Kommersiya Məhkəməsində məhkəmənin gənc əməkdaşları təltif edilib.

E-huquq.az-ın məlumatına görə, məhkəmənin sədri Namidar Misirzadə gənc əməkdaşları təbrik edərək, hər birinə cansağlığı və gələcək işlərində uğurlar arzulayıb.

O, çıxışında 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə 2 fevral Azərbaycanda gənclər günü təsdiq olunduğunu, bunun Ümummilli Lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olmasını, Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunduğunu bildirib.

​Məhkəmənin hakimi Elşən Abdullayev də gənc əməkdaşları təbrik edib, onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.