Xətai Rayon Məhkəməsi 2023-cü ilin yanvar ayı ərzində məhkəməyə daxil olan işlərin sayını açıqlayıb.
E-huquq.az xəbər verir ki, ay ərzində məhkəməyə 53 cinayət işi, 557 mülki iş, 304 inzibati xətalar haqqında iş və 63 prosessual məcburiyyət tədbirinin tətbiqi barədə təqdimat daxil olub.
38 cinayət işi, 468 mülki iş, 262 inzibati xətalar haqqında iş və 62 prosessual məcburiyyət tədbirinin tətbiqi barədə iş üzrə müvafiq yekun məhkəmə aktları qəbul edilib.
