Məzmuna keç

Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrinə təyin olunan hakimlərlə görüş keçirildi –

Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrinə təyin olunan hakimlərin görüşü keçirilib.

E-huquq.az xəbər verir ki, görüş zamanı Şirvan Apellyasiya Məhkəməsinin sədri cənab Vəli Abdullayev yeni təyin olunmuş hakimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Eyni zamanda məhkəmənin sədr müavini cənab Zaur Allahyarov tərəfindən 27 yanvar 2023-cü il tarixli məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Məhkəmə Hüquq Şürasının sədri cənab Fikrət Məmmədovun sədrliyi ilə yeni təyin olunmuş 50 nəfər məhkəmə sədrinin iştirakı ilə keçirilən görüşdə verilmiş tövsiyyələr Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrinə təyin olunan hakimlərin nəzərinə çatdırılıb.