Məzmuna keç

“Azlab Medical Supplies” məhkəməyə verildi

"VITTA elmi-texniki" MMC "Azlab Medical Supplies" MMC-ni məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, şirkətə qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürülüb.

İddia Bakı Kommersiya Məhkəməsində hakim Zülfüqar Sadiqovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxt hələlik məlum deyil.

Eltac Nurullazadə