"Mehri" Mənzil-Tikinti Kooperativi Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, İcra Hakimiyyətinə qarşı torpaq münasibətləri üzrə mübahisələrə dair tələb irəli sürülüb.
Birinci instansiya məhkəməsi iddianı təmin etməyib. Qərardan narazı qalan MTK apellyasiya şikayəti verib.
Şikayət Bakı Apellyasiya Məhkəməsində Xəyalə Cəmilovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Eltac Nurullazadə
