Məzmuna keç

“Akkord” barədə məhkəməyə müraciət edildi

"Vüsal-A.R." MMC " "Akkord" şirkətlər qrupuna daxil olan "Akkord Hydrotechnical Construction Company" MMC-ni məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, şirkət Bakı Kommersiya Məhkəməsinə müraciət edərək “Akkord Hydrotechnical Construction Company”yə qarşı icarə müqaviləsi üzrə mübahisələrə dair tələb irəli sürüb

İddia hakim Aytən Əliyevanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtrı hələlik məlum deyil.

Eltac Nurullazadə