Məzmuna keç

Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Samir Səfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Bilal Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası fevralın 22-nə təyin olunub.

Qeyd edək ki, Yevlaxın Malbinəsi kəndində 34 yaşlı Məhərrəmov Pərvin Çərkəz oğlunun idarə etdiyi VAZ-2106 markalı avtomobillə 42 yaşlı Səfərov Samir Tofiq oğlunun idarə etdiyi “Nissan Maxima” markalı avtomobil toqquşub. Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə