Məzmuna keç

Ali Məhkəmənin kollektivi Fəxri Xiyabanda və Şəhidlər Xiyabanında olub –

2023-cü ildə Azərbaycan Ali Məhkəməsinin fəaliyyətinin 100 ili tamam olur. Eyni zamanda Ali Məhkəmənin 100 illik yubileyi çox əlamətdar bir ilə təsadüf edir. Bu il xalqımız müasir Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd etməyə hazırlaşır. Müstəqil Azərbaycan dövlətinin, eyni zamanda Azərbaycanda məhkəmə sisteminin inkişafı Ulu öndərin fəaliyyəti ilə sıx bağldır.

E-huquq.az xəbər verir ki, bu münasibətlə, fevralın 11-də Ali Məhkəmənin hakimləri və aparatının əməkdaşları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, onun əziz xatirəsini yad ediblər. Həmçinin, Şəhidlər Xiyabanına gələrək Vətənin azadlığı, xalqın xoşbəxtliyi uğrunda canından keçmiş şəhidlərimizin məzarları önünə gül dəstələri düzüblər.