"Ədalət mühakiməsinin məhkəmələr tərəfindən müstəqil və qərəzsiz həyata keçirilməsi hər bir demokratik cəmiyyətdə əsas təməl daşlardan biridir".
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Ali Məhkəmənin 100 illiyi ilə bağlı keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, məhkəmə hakimiyyəti təmsilçilərinin üzərinə qanunun aliliyini təmin etmək, ədalətli və qərəzsiz olmaq, humanist prinsiplərə və sağlam düşüncə tərzinə əsaslanan qərarlar qəbul etməklə şərəfli hakim adını uca tutmaq vəzifəsi düşür.
"Vahid məhkəmə təcrübəsinin yaradılması indi bütün ölkələrdə zərurətə çevrilməkdədir. İnanıram ki, konfransda bu istiqamətdə səmərəli müzakirələr aparılacaqdır. Konfransın fəaliyyətinə uğurlar arzulayıram", – deyə sədr qeyd edib.
Xəyalə Bünyatova
