"Ermənistan tərəfindən Qarabağda törədilən ekoloji cinayətlərlə bağlı Xarici işlər nazirliyi tərəfindən çox perspektivli şikayət göndərilib".
E-huquq.az-ın məlumatına görə, bunu Ali Məhkəmənin sədr müavini, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, həmin şikayətə beynəlxalq konvensiya çərçivəsində baxılacaq: “Biz əlbəttə ki, ermənilər tərəfindən törədilmiş ekoloji cinayətləri sübut edəcəyik və onlar məsuliyyətə cəlb olunacaq”.
Xəyalə Bünyatova
