Ali Məhkəmə xeyli miqdarda mənimsəmədə təqsirləndirilən Əlihüseyn Nuriyevin barəsindəki qərardan prokuror tərəfindən verilən kassasiya protestinə baxıb.
Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Mədail Fərzəliyev məlumat verib.
O bildirib ki, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, prokurorun protesti təmin edilməyib, apellyasiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirli bilinən Ə.Nuriyev Quba Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti qismən təmin edib və azadlıqdan məhrumetmə cəzasını azadlığın məhdudlaşdırılması ilə əvəz edib.
Eltac Nurullazadə
