Məzmuna keç

Türkiyədə kağız emalı fabrikində yanğın olub

Türkiyənin Manisa şəhərində Mütəşəkkil Sənaye Bölgəsində fəaliyyət göstərən kağız emalı fabrikində yanğın olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə fabrikin həyətində baş verib.

Əraziyə yanğınsöndürmə briqadası cəlb olunub.

Alovun yayılmasının qarşısı alınıb. Yanğın qısa müddətdə söndürülüb.

Hazırda ərazidə soyutma işləri aparılır.

Şəbnəm Mehdizadə