Bakıda 14 yaşlı qız itkin düşüb.
E-huquq.az xəbər verir ki, dünən saat 17:00-da Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsisində yaşayan 1982-ci il təvəllüdlü Hümbətov Mehralı Dilman oğlu Xətai RPİ-nin 37-ci PŞ-yə ərizə ilə müraciət edib.
O, bildirib ki, onunla eyni ünvanda yaşayan qızı 28.08.2008-ci il təvəllüdlü Hümbətova Mələk Mehralı qızı 21.04.2023-cü il tarixdə saat 12:00-da evdən çıxıb getmiş, geri qayıtmayıb.
Faktla bağlı Xətai RPİ-nin 37-ci PŞ-də araşdırma aparılır.
