Məzmuna keç

Göyçayda avtomobil piyadanı vuraraq öldürdü

Dünən saat 22 radələrində Göyçay şəhəri ərazisində sürücü Elvin Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1959-cu il təvəllüdlü Rövşən Musayevi vurub.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumata görə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.