Ağstafada yol qəzasında ölənlərin və yaralanan şəxslərin adları məlum olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun e-huquq.az-a verdiyi xəbərə görə, Bakı Qazax avtomagistralının Ağstafa rayon ərazisindəki yeni tikilmiş və istismara verilməmiş hissəsində "VAZ 2107" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
İlkin araşdırmalar zamanı məlum ki, "VAZ 2107" markalı avtomobildə olan Ağstafa rayon sakinləri, 1991-ci il təvəllüdlü Elşad Namazov, 1994-cü il təvəllüdlü Ramin Məmmədov, Füzuli rayon sakini 1976-cı il təvəllüdlü Hüseyn Məmmədhəsənovun ölməsi, digər sərnişinlər Ağstafa rayon sakinləri 1999-cu il təvəllüdlü Orxan Xəlilov və 1994-cü il təvəllüdlü Sərxan Vəliyev xəsarət alıb.
Bundan başqa "Toyota" markalı avtomobildə olan 6 nəfərdən 3-ü orta-ağır 3-ü isə yüngül bədən xəsarətləri alıblar.
***
17.01
Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən 3 nəfər Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarıdır.
E-huquq.az xəbər verir ki, bu barədə "Report"un bölgə müxbiri xəbər verir.
Ölən şəxslərin Ağstafa rayon sakinləri, 1991-ci il təvəllüdlü Elşad Namazov və 1994-cü il təvəllüdlü Ramin Məmmədov, eləcə də Füzuli rayon sakini 1976-cı il təvəllüdlü Hüseyn Məmmədhəsənov olduğu müəyyənləşib.
Eyni zamanda, Agentliyin daha iki əməkdaşı – Ağstafa rayon sakinləri 1999-cu il təvəllüdlü Orxan Xəlilov və 1994-cü il təvəllüdlü Sərxan Vəliyev xəsarət alıb.
Qeyd edək ki, hadisə "Toyota" və "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
