Məzmuna keç

Bakı Şəhər İcra Hakimiyyəti Baytarlıq İdarəsinə cərimə yazıldı

Bakı Şəhər İcra Hakimiyyəti Baytarlıq İdarəsinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, idarə barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi üzrə inzibati protokol tərtib olunub.

İşə Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sərliyi ilə baxılacaq

Protokol təsdiq olunsa, Baytarlıq İdarəsi üç yüz manat məbləğində cərimə ediləcək.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə