Məzmuna keç

Bakıda marketdən oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda marketdən oğurluq etməkdə təqsirləndirilən Əliəsgər İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Hakim Rəfail Sadıxovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Ə.İsmayılov Xətai rayonunda mağazaların birində kassanın nəzarətsiz qalmasından istifadə edərək orada olan 1000 manatı gizli olaraq ələ keçirməkdə ittiham olunur. Araşdırmalar zamanı həmin şəxsin eyni üsulla Xətai və paytaxtın digər ərazilərində də oğurluqlar etdiyi məlum olub. Ə.İsmayılova qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə