Məzmuna keç

Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadının qızını öldürən kişinin ibtidai istintaqı başa çatdı

Bakıda qətl törətməkdə təqsirləndirilən Zaur Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, fadisə fevralın 2-i Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. Belə ki, 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı 2009-cü il təvəllüdlü Günay Şadatovaya bıçaq xəsarət yetirib. 14 yaşlı yeniyetmə G.Şadatova ölüb. Z.Babayevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə