Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin təşəbbüsü ilə 19 may 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsində “Vərəsəlik hüququ və başqa hüquqi məsələlər” mövzusunda hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti Sərvər Sulemanlının məhkəmə hakimləri və əməkdaşları ilə birgə iştirak etdiyi seminar-diskussiya keçirilib.
E-huquq.az xəbər verir ki, seminarda Azərbaycan Respublikasının mülki qanunvericiliyində vərəsəlik hüququ, mirasın qəbulu, müqavilənin ləğvi və s. mövzularda bir sıra nəzəri və praktiki məsələlər müzakirə edilmiş, fikir mübadilələri aparılıb.
Seminar geniş diskussiya şəraitində keçirilib.
Seminarda Şirvan Apellyasiya Məhkəməsinin mülki, kommersiya və inzibati kollegiyalarının hakimləri və məhkəmə əməkdaşları ilə yanaşı Məhkəmənin yurisdiksiyasına daxil olan inzibati, kommersiya və rayon məhkəmələrinin hakimləri də iştirak ediblər.
Şəbnəm Mehdizadə
