Ağdaşda qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilən Səddam Mahmudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilib.
Hakim Cavid Sultanovun sədrliyi ilə keçiriləcək Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, S.Mahmudov rayonun Şıxlı kəndində yerləşən evlərin birindən ümumi dəyəri 3000 manata yaxın olan qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
