Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov may ayının 17-də vətəndaş qəbulu keçirib.
E-huquq.az xəbər verir ki, qəbul zamanı vətəndaşlar məhkəmənin icraatında olan və onların mənafeyinə toxunan işlərlə bağlı narahatçılıqlarını və fikirlərini, habelə ümumi xarakterli müraciətlərini sədrin diqqətinə çatdırıblar.
Hakimlərin fəaliyyətinə müdaxilənin yolverilməz olduğunu xatırladan Mübariz Əkbərov vətəndaşların məhkəmədə işin təşkili ilə bağlı müraciətləri üzrə qəbulda iştirak edən aiddiyyəti şəxslərə göstəriş, habelə prosessual məsələlər üzrə qanunauyğun qaydada izahlar verilmişdir. Şəhid ailəsi üzvünün müraciətinə xüsusi qayğı və həssaslıqla yanaşılıb.
Sədr, həmçinin ədalətli məhkəmə aktının qəbul edilməsinin, qeyri-prosessual münasibətlərin qarşısının alınmasının ölkədə aparılan məhkəmə-hüquq islahatlarının əsas hədəfi olduğunu, bu istiqamətdə ölkə rəhbərliyinin göstərişlərinə əsasən aidiyyəti qurumlar tərəfindən davamlı olaraq zəruri işlərin görüldüyünü diqqətə çatdırıb.
Vətəndaşlar ölkə Prezidenti tərəfindən vətəndaşların qayğılarına göstərilən diqqətin dövlət qurumlarının bu sahədə fəaliyyətinə yansıdığını bildirib onların qəbulunun təşkilinə və şəffaflığın təmin edilməsinə məhkəmədə lazımi şərait yaradılmasına görə ölkə başçısına təşəkkür ediblər.
