"A.K.S." şirkətinə yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsinə görə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsnin 518.3-cü (İnşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxlması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilib. Hakim Cavid Sultanovun sdərliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Protokol təsdiq olunsa, "A.K.S." iki min manatdan üç min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
