Gəncədə tanışını bıçaqlamaqda təqsirləndirilən Elmixan Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Elmin Rüstəmovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, E.Həsənov 1986-cı il təvəllüdlü Gəncə şəhər sakini Sərxan Orucovun qarın nahiyəsinə bıçaqla çoxsaylı xəsarət yetirməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
