Məzmuna keç

Gömrük Komitəsi “Aqro Vest-DC” şirkətini cərimələdi

"Aqro Vest-DC" MMC gömrük qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə cərimələnib.

E-huquq.az xəbər verir ki, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2 -ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə protokol tərtib olunub.

İşə Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Aqro Vest-DC" min beş yüz manat məbləğində cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə