Məzmuna keç

MTK dövlət idarəsini məhkəməyə verdi

"Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəməyə verilib.

E-huquq.az-ın məlumatına görə, "Şeron-63" Mənzil-Tikinti Kooperativi İdarəyə qarşı inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar iddia qaldırıb.

İşə Sumqayıt İnzibati Məhkəməsində hakim Ceyhun Məmmədovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə