Bakıda mənzildən oğurluq etməkdə təqsirləndirilən Ləman Cahangirovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Hakim Bəxtiyar Məmmədovun sədrliyi keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Ləman Cahangirova xadimə işlədiyi mənzildən ötən il dekabrın 28-dən bu il fevralın 14-dək olan müddətdə ev sahiblərinə məxsus seyfdən, gizli saxlanc yerindən və əl çantasından ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 38 min 750 manatı gizli yolla talamaq təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
