Gömrük qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə "RTS Tikinti -Təmir" şirkətinə cərimə yazılıb.
E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2 -ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə protokol tərtib olunub.
İşə Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "RTS Tikinti -Təmir" min beş yüz manat məbləğində cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
