"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC valyuta tənzimi qaydalarını pozduğuna görə cərimələnib.
E-huquq.az xəbər verir ki, şirkət barədə Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Hafiz Kamranovun sədrliyi ilə araşdırılacaq.
Protokol tərtib olunarsa, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
