"Arkoz Qazax Sement Zavodu"na cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Nəriçanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq.
Protokol tərtib olunarsa, zavod inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələləlik məlum deyil.
Şəbnəm Mehdizadə
