Məzmuna keç

İTV reklam şirkəti ilə bağlı məhkəməyə müraciət etdi

"İctimai Televiziya" "AMEDIA" şirkətini məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, Bakı Kommersiya Məhkəməsinə müraciət edən İTV müqavilələrdən əmələ gələn öhdəliklərlə bağlı tələb irəli sürüb.

İddia hakim Nərmin Əhmədovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin olunmayıb.

Şəbnəm Mehdizadə