Gəncədə xəsarətlə nəticələnə yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Röyal Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Gəncə Şəhər Məhkəməsi göndərilib.
İş hakim Asif Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb. Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Röyal Əliyev və 1993-cü il təvəllüdlü Elnarə Quliyeva xəsarət alıb. Hadisəni törətməkdə şübhəli bilinən sürücü R.Əliyevə qarşı Cinayət Məcəlləsinin 263-1.1-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
