"Euroline" Qapalı Səhmdar Cəmiyyəti cərimələnib.
E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə protokol tərtib olunub.
İşə Şəki Rayon Məhkəməsində hakim Pərviz Hacıyevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, şirkət üç yüz manat məbləğində cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
