Məzmuna keç

Gəncədə külli miqdarda narkotiklə tutulan qadının məhkəməsi başlayır

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Diana Mehdiyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Dadaş İmanovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası iyunun 6-na təyin olunub.

Qeyd edək ki, Gəncə şəhər sakini Diana Mehdiyevanın üzərinə baxış keçirilən zaman 5.54 qram marixuana aşkar edilib. Saxlanılan şəxsin ətrafında davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki istifadəyə yararsız tikilidə gizlətdiyi 6 torbada ümumi çəkisi 36 kiloqram 745 qram marixuana da aşkar edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə