Məzmuna keç

Ankarada FETÖ ilə əlaqədə şübhəli bilinən 14 nəfər barədə həbs qərarı çıxarılıb

Türkiyənin Ankara şəhərində FETÖ-yə qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Ankara Prokurorluğu məlumat yayıb.

Quru Qoşunları Komandanlığı və Jandarma Baş Komandanlığının apardığı istintaqla terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 14 nəfər müəyyən olunub.

Həmin şəxslərin tutulması üçün Ankaranın 5 vilayətində eyni vaxtda əməliyyatlara başlanılıb.

Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən şübhəlilərin tutulması istiqamətində əməliyyatlar davam etdirilir.

Şəbnəm Mehdizadə