Şəkidə evdə partlayış olub, 3 nəfər ağır xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan e-huquq.az-a bildirilib ki, bu gün Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində yerləşən fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş verib. Hadisə zamanı 2000-ci il təvəllüdlü Şəlalə Yusifova və onun 2 azyaşlı övladı yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
