Məzmuna keç

Türkiyə MN: “Son bir həftədə 252 terrorçu zərərsizləşdirilib”

Türkiyə Silahlı Qüvvələrinin son bir həftə ərzində həyata keçirilən antiterror əməliyyatlarında 252 terrorçu zərərsizləşdirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Terrorçuların 229-u İraq və Suriyada həyata keçirilən hava əməliyyatları nəticəsində zərərsizləşdirilib.

Bu il zərərsizləşdirilən terrorçuların sayı 1640-a çatıb. 2015-ci ildən bu yana zərərsizləşdirilən terrorçuların sayı isə 38 min 983 olub.

Suriya və İraqın şimalında 194 hədəf vurulub.

2023-cü ildə əməliyyat bölgələrində terrorçular tərəfindən 388 təcavüz atəşi edilib. Türk əsgərlərinin cavabı ilə 1 həftə ərzində 233 terrorçu zərərsizləşdirilib. Ümumilikdə bu il 1246 terrorçu zərərsizləşdirilib.

Son bir həftədə Türkiyəyə qeyri-qanuni yollarla daxil olmağa cəhd edən 4-ü FETÖ terror təşkilatının üzvü olmaqla, 637 nəfər yaxalanıb. Eyni dövrdə 4731 nəfərin sərhədi qanunsuz keçməsinin qarşısı alınıb. Ümumilikdə bu il 373-ü FETÖ üzvü olmaqla 9230 nəfər tutulub.

Şəbnəm Mehdizadə