Türkiyənin Bursa şəhərində qanunsuz miqrantlar deportasiya edilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, polis İnegöl rayonu Yenice Məhəlləsində bir evdə qeyri-qanuni mühacirlərin gizləndiyini müəyyən edib. Evə basqın zamanı polislər tərəfindən 31 qanunsuz miqrant tutulub.
Miqrantların Suriya vətəndaşı olduğu müəyyən edilib.
Miqrasiya İdarəsinə təhvil verilən əcnəbilər öz ölkələrinə deportasiya edilib.
Şəbnəm Mehdizadə
