Məzmuna keç

Mebel anbarındakı yanğın evlərə keçib, 1 nəfər tüstüdən zəhərlənib

Türkiyənin Mersin şəhərində mebel anbarında güclü yanğın baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, sürətlə artan alov anbarın yuxarı mərtəbəsindəki mənzillərə keçib.

Hadisə yerinə dərhal çoxlu sayda yanğınsöndürən cəlb olunub. Çətinliklə də olsa, yanğın nəzarət altına alınıb.

Yanğına müdaxilə zamanı bir yanğınsöndürən tüstüdən zəhərlənib.

Anbar və mənzillərdə soyutma işləri davam edir. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.

Şəbnəm Mehdizadə