Türkiyədə polis bölməsi önündə təxribat törətməyə hazırlaşan PKK terrorçusu ələ keçirilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, 2014-cü ildə terror təşkilatına qoşulan və barəsində axtarış qərarı çıxarılan terrorçunun polis bölməsi yaxınlığında təxriibat törətmək niyyətində olduğu baradə kəşfiyyat məlumatı daxil olub.
Şırnakdan Mardinə gələn terrorçunun əvvəlcə Batmana, oradan da Siirtin mərkəzinə getdiyi müəyyən edilib.Orada polis bölməsinə hücum etmək istəyən terrorçunun bu cəhdi uğursuz olub və o, fikrindən daşınıb. Terrorçu oktyabrın 10-u axşam saatlarında Siirt İl Polis İdarəsindən 2 kilometr aralıdakı iş yerində Kalaşnikov avtomatı və 2 əl qumbarası ilə yaxalanıb. Əməliyyat zamanı onunla birlikdə olan şəxs də saxlanılıb.
Şəbnəm Mehdizadə
