Məzmuna keç

Yunanıstan vətəndaşlarının İsrail və Fələstindən təxliyəsi başa çatıb

Yunanıstan İsrail və Fələstindəki vətəndaşlarının təxliyyə prosesini yekunlaşdırıb.

E-huquq.az xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölgəyə səyahət edən Yunanıstan vətəndaşlarından 90-ı bazar ertəsi, 68-i isə çərşənbə axşamı ölkələrinə qayıdıb. İsraildə yaşayan və təxliyyə olunmalarını istəyən 72 Yunanıstan vətəndaşının ölkəyə gətirilməsi ilə proses tamamlanıb.

Qeyd edək ki, Yunanıstan vətəndaşları üçün təşkil edilən uçuşlarda Avstriya, Almaniya, İsrail, Albaniya, Belçika, Şimali Makedoniya, Bolqarıstan, İrlandiya, Latviya, Ukrayna və Panama vətəndaşları da bölgədən təxliyə edilib.

Şəbnəm Mehdizadə