İsrail ordusu HƏMAS-ın xüsusi təyinatlı dəstəsinin komandirlərindən birini məhv edib.
E-huquq.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
“Qəzza zolağında HƏMAS-ın “Nuxba” adlı xüsusi təyinatlılarının komandirlərindən biri Bilal Əl-Kedra zərərsizləşdirilib”, – məlumatda bildirilir.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
