Türkiyənin İstanbul şəhərində fabrikdə yanğın baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, istehsal müəssisəsində yanğın qısa müddətdə bütün binanı cənginə alıb.
Hadisə yerinə dərhal polis, təcili tibbi yardım və çoxlu sayda yanğınsöndürmə briqadaları göndərilib.
Yanğın 3 saat davam edən əməliyyat nəticəsində nəzarət altına alınıb. Fabrikdə soyutma işləri aparılıb.
Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Yanğının hansı səbəbdən baş verməsi barədə araşdırma aparılır.
Şəbnəm Mehdizadə
