Türkiyənin Ədirnə şəhərində yük maşınının qoşqusunda 17 qeyri-qanuni miqrant yaxalanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Jandarma Komandanlığı Ədirnənin Keşan rayonunda yük maşınına baxış keçirən zaman maşının qoşqusunda qanunsuz miqrantların olduğunu müəyyən edib.
Miqrantlardan 13-nün İraq, 4-nün Suriya vətəndaşı olduğu məlum olub.
Yük maşınının sürücüsü həbs edilib. Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
