Məzmuna keç

Türkiyədə sərnişin avtobusu aşıb: 7 nəfər ölüb, 40 nəfər yaralanıb

Türkiyənin Sivas şəhərində sərnişinin avtobusunun aşması nəticəsində 7 nəfər həlak olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin ehtimala görə yağışlı hava səbəbindən baş verən hadisə nəticəsində 40 nəfər yaralanıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım maşınları, xilasedicilər, polis və jandarma əməkdaşları cəlb edilib.

Xilasedicilər avtobusun şüşələrini sındıraraq sıxışmış vəziyyətdə qalan sərnişinləri xilas edib. Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb.

Qəzaya səbəb güclü yağışdan sonra sürüşkən olan yolda sürücünün idarəetməni itirməsi olub.

Faktla bağlı Gürgün Prokurorluğunda cinayət işi başlanılıb, istintaq davam edir.

Şəbnəm Mehdizadə