Məzmuna keç

Türkiyədə FETÖ-yə qarşı əməliyyatda 7 nəfər saxlanılıb

Türkiyənin 7 şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Baş Prokurorluq tərəfindən aparılan istintaq çərçivəsində terror təşkilatı ilə əlaqədə olduğu müəyyən edilən 10 şübhəli şəxs barədə cinayət işi başlanılıb.

Konya, İzmir, Tekirdağ, Mersin, Ankara, Kocaeli və İstanbulda təyin olunan ünvanlarda eyni vaxtda həyata keçirilən əməliyyatlar zamanı onlardan 7-i saxlanılıb.

Digər şübhəlilərin tutulması üçün işlərin davam etdiyi bildirilib.

Şəbnəm Mehdizadə