Məzmuna keç

Türkiyədən Yunanıstana qaçmağa cəhd edən 51 nəfər tutulub

Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edən 51 nəfər saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, son 1 həftədə Ədirnədə qadağan olunmuş zonada Yunanıstana qaçmağa çalışan şəxslər yaxalanıb.

Şübhəli şəxslərin FETÖ üzvü kimi axtarışda olduğu müəyyən edilib.

FETÖ ilə əlaqəsi olduğu təsbit edilən şübhəlilərin axtarışda olduğu məlum olub.

Şübhəlilərdən biri prokurorluqda dindirildikdən sonra sərbəst buraxılıb.

Onlardan 36-sı həbs edilib, 14-ü isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

Şəbnəm Mehdizadə